...

Azərbaycan noyabrda Novorossiysk limanından 400 min ton Ural nefti yükləyəcək

Energetika Materials 29 Oktyabr 2005 13:46 (UTC +04:00)

Noyabrda Azərbaycan Novorossiysk limanından 400 min ton Ural neftini 4 tanker partyiası ilə yola salacaq. Novorossiysk liianına yaxın olan mənbənin Trend ə verdiyi məlumata görə, əvvəlcə 1 saylı körüdən noyabrın 12-13-də 145 min ton həcmdə bir neft partiyası yola salınacaq. 2 saylı körpüdən hər birində 85 min ton olmaqla (noyabrın 18-19, 24-25, 29-30-da) 3 partiya yola salınacaq.

Novorossiyskdən Azərbaycan neftini "Azəri -Çıraq-Günəşli" yatağından neft hasil edəe ARDNŞ və ABƏŞ şirkətləri yükləyir. Ehtimal edilir ki, yüklənən həcmdən 315 min tonu noyabrda ABƏŞ-in, 85 min tonu ARDNŞ-in payına düşür.

Oktyabrda ARDNŞ tenderlərlə Novorossiyskdən 227 min ton Ural nefti iki tender partiyası vasitəsilə Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton) satır.

Novorossiysk limanına neft "şimal" boru kəməri vastəsilə satılır.

Xəbər lenti

Xəbər lenti