...

"Bakqaz" İstehsalat Birliyi bir sıra şəhərkənarı evlərə qazın tədarükünü dayandırıb

Energetika Materials 23 Noyabr 2005 17:38 (UTC +04:00)

"Bakqaz" İB (Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin strukturu) istifadə olunan yananacaq üçün tələb olunan pul vəsaiti ilə bağlı borca görə Bakı şəhərinin kənarındakı evlərə qazın verilməsini dayandırıb. Bu barədə Trend ə "Bakqaz" İB-nin rəis müavini Nüsrət Qasımov məlumat verib.

Onun sözlərinə görə, indiyə kimi "Bakqaz"a borcu olan 2611 şəhərkənarı ev aşkar edilib.

"Bakının bütün inzibati rayonlarında, o cümlədən, Binəqədi, Səbael, Sabunçu, Əzizbəyov rayonlarında ciddi tədbirlər həyata keçirilir. Bu aböunəçilərin istifadə etdikləri qaza görə borcu 1,8 milyard manatı keçir", - deyə o qeyd edib.

N.Qasımov bildirib ki, görülən tədbirlər nəticəsində tədarük olunan qaza görə ödənişlər artıq artıb. Hər gün 100 miln manat artım müşahidə olunur, - deyə Nüsrət Qasımov bildirib.

Xəbər lenti

Xəbər lenti