...

"Azərenerji" Azərbaycana İES-nın 5-ci enerji blokunun yenidən qurulmasını başa çatdırıb

Energetika Materials 13 Fevral 2006 16:47 (UTC +04:00)

Fevralın 13-də "Azərenerji" səhmdar cəmiyyətinin və Peterburqun "Silovıe maşinı" zavodunun mütəxəssisləri tərəfindən Mingəçevirdəki Azərbaycan İstilik Elektrik Stansiyasının (İES) 5-ci enerji blokunda təmir-bərpa işlərini başa çatdırıblar. Trend in məlmutına görə, bu barədə SC-in mətbuat xidmətinin məlumatında bildirilir.

Hlazırda enerji blokunun yüklənməsi 90 MVt gücə malikdir. Lakin o, mütəmadi olaraq artırılacaq və nəzərdə tutulan ilkin hesablamalara görə 305-310 MVt- çatdırılacaq.

Enerji blokunda aparılan işlərin gedişində turbin aqreqatının, qazanxanaların və digərlərinin yeniləşdirilməsi həyata keçirilib. İstismar zamanı dağılma və vaxtında yerinə yetirilməyə profilaktik tədbirlər nəticəsində enerji blokunun gücü 300 MVt-dan 100-130 MVt-dək azalmışdı. Bunun nəticəsində o, tez-tez qəza halında dayanırdı.

İşlərin uğurla yerinə yetirildiyi halda Peterburq zavodunun elektrik stansiyasının digər 7 blokunun yeniləşdirilməsi prosesində işğtirak edəcəyi gözlənilir. Enerji bloklarının yenidən qurulması Azərbaycanın elektrik enerjisi sahəsinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti