...

Barmek Azerbaijan öz əməkdaşlarına istifadə olunan elektrik enerjisinə görə vəsait toplanmasını qadağan edib

Energetika Materials 3 Aprel 2006 12:33 (UTC +04:00)

Bakı, Sumqayıt və Azərbaycanın şimal regionlarının enerji paylayıcı şəbəkəsini idarə edən Barmek şirkəti Sumqayıtda əhaliyə abonent xidmətləri göstərmək üçün ikinci filialını açıb. Trend in verdiyi məlumata görə, filialın açılışında şirkətin rəhbəri Hüseyn Arabul bildirib ki, filial şəhərin çoxlu sayda abonentlərinə xidmət edəcək və onlara ən yüksək səviyyətə xidmət göstərəcək.

Onun sözlərinə görə, yaxın vaxtlarda analoji filial Xaçmazda da açılacaq. Bundan əlavə, şirkət istifadə olunan elektrik enerjisinə görə əhalidən vəsaitin qəbulu üçün çoxlu sayda köşklər təşkil edəcək. H.Arabul hazırda 16 belə köşkün Bakıya gətirildiyini və gömürkdə olduğunu qeyd edib.

Bu il aprelin 1-dən şirkət öz əməkdaşlarına istifadə olunan enerjiyə görə vəsaitin yığılmasını qadağan edib. İndi bütün köçürmələr yalnız banklar və şirkətin abonent şöbələri tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti