...

ARDNŞ Supsada gəlirli neftin satışı haqqında tender elan edib

Energetika Materials 28 Aprel 2006 17:20 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 1 mln barel Azeri Light neftinin satışı haqqında tender elan edib.

Bu neft partiyasının yüklənməsi mayın 27-28-də Gürcüstanın Supsa limanında həyata keçiriləcək. Tenderin yekunları mayın 2-də məlum olacaq.

Əvvəllər analoji neft partiyası tenderdə Almaniya treyderi Select Energy tərəfindən alınmışdır. Azeri Light neftini 2005-ci ildə Glencore, Arcadia, Unipetrol, Total, R-Trading və Tupras da vaxtı ilə alıb.

Xəbər lenti

Xəbər lenti