...

2006-cı ildə Statoil Azərbaycanda 3 sosial proqramın gerçəkləşdirilməsi üçün $165 min ayıracaq

Energetika Materials 2 May 2006 18:48 (UTC +04:00)

2006-cı ildə Norvecin Statoil şirkəti Azərbaycanda 3 sosial proqramın gerçəkləşdirilməsi üçün $165 min ayıracaq. Norvec Qaçqınlar Şurasından Trend ə verilən məlumata əsasən, şirkət şuranın əsas donorlarından biridir.

Şirkət Laçın rayonunun Mişni qəsəbəsindən olan və hazırda müvəqqəti olaraq Bakının Qaradağ rayonunda məskunlaşdırılmış 130 ailə üçün 8 yeni binanın tikintisini nəzərdə tutan "şəhər ətrafı məskunlaşma" layihəsinə $100 min ayırıb. Şirkət həmçinin, "azad olunmuş ərazilərə qayıdış" layihəsinin həyata keçirilməsi üçün $50 min nəzərdə tutub. Bu vəsait Füzuli rayonuna qayıtmış ailələrin kənd təsərrüfatı texnikası ilə təmin olunmasına sərf olunacaq.

Daha $15 min Bakı və Gəncə uşaq evlərində, eləcə də SOS uşaq kəndlərinə stomatoloji klinikaların açılmasına dair "stomotoloji layihə"nin həyata keçirilməsinə yönəldilib.

Xəbər lenti

Xəbər lenti