...

"Azərenerji" SC mütəxəssisləri Türkiyəyə səfərə hazırlaşır

Energetika Materials 15 May 2006 12:17 (UTC +04:00)

Mayın 16-da "Azərenerji" SC mütəxəssisləri mazutla işləyən modul elektrik stansiyalarının fəaliyyəti ilə tanış olmaq üçün Türkiyəyə yola düşəcək. Türkiyədə bu stansiyalar Finlandiyanın Wartsila şirkəti tərəfindən tikilib. Bu barədə Trend ə SC prezidenti Marlen Əsgərov bildirib. Stansiyaların gücü 17 MVt təşkil edir. "Azərenerji" mütəxəssisləri stansiyaların təbii qazla işləmək imkanlarını nəzərdən keçirmək niyyətindədir.

Səfər zamanı Səngəçalda elektrik stansiyasının tikilməsi layihəsini gerçəkləşdirmək üçün müxtəlif şirkətlərin istehsal etdiyi avadanlıqların texniki imkanlarını öyrənmək nəzərdə tutulur.

Bu gün Wartsila, General Electrics şirkətləri və Yaponiya istehsalçılarının təklifləri nəzərdən keçirilir. Variantlardan biri seçilən kimi tikinti ilə bağlı qərar qəbul olunacaq.

Hazırda 300 MVt gücündə elektrik stansiyasının inşası imkanları nəzərdən keçirilir. Bu, Azərbaycanın rayonlarında Wartsila şirkəti tərəfindən inşa edilən modul elektrik stansiyalarından daha çox gücə malik stansiya ola bilər.

"Azərenerji" elektrik enerjisinin istehsalı zamanı bir yanacaq növündən asılı olmaq istəmir. Buna görə də həm mazut, həm də qazla işləyən elektrik stansiyasının inşası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti