...

Ümumdünya İqtisadi Forumu və Cambridge Energy Research Associated Azərbaycanda neft hasilatının inkişafı üzrə böyük potensialın olduğunu qeyd edir

Energetika Materials 2 İyun 2006 11:46 (UTC +04:00)

Ümumdyuna İqtisadi Forumu Amerikanın Cambridge Energy Research Associated konsaltinq şirkəti ilə birgə "Enereji təhlükəsizliyinin yeni paradiqması" adlı məruzə hazırlayıb. Burada dünyada enerji təhlükəsizliyinə yeni yanaşmalar öz əksini tapıb.

Trend in xəbər verdiyi kimi, məruzədə bildirilir ki, 8-10 ildən sonra dünyanın 15 ölkəsi sutkada təxminən 63 mln barel xammal istehsal edərək neft hasilatının 60%-nə nəzarət edəcək.

Sənəddə Azərbaycanda neft hasilatının sutkada 1,1 mln barel, Qazaxıstanda - 3,3 mln barelədək artırılması potensialı qeyd olunur. Səudiyyə Ərəbistanı isə 13,2 mln barellə liderliyi saxlayacaq.

Qeyd edək ki, Azərbaycanda neft hasilatının əsas artım mənbəyi kimi "Azəri-Çıraq-Günəşli" yatağı nəzərdə tutulur. Hər il BTC boru kəməri ilə 50 mln. bareldən çox neft ixrac olunacaq.

Xəbər lenti

Xəbər lenti