"Azərenerji" SC özünün idarə etdiyi enerji paylayıcı şəbəkələrin yenidən qurulması proqramına başlayır. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. Bu proses, əsasən, bütün abunəçilərin sayğacla təmin edilməsini nəzərdə tutur və respublikanın Lənkəran rayonundan başlayacaq. Hazırda "Azərenerji" bu rayonda enerji təsərrüfatının və abunəçilərin təkrar inventarlaşdırılmasını həyata keçirir. İlkin məlumtlara görə, onların ümumi sayı 10 mini keçir və əvvəllər təkcə 2 mini sayğaca malik olub.
İşlər şəhərə daxil olan yüksək voltlu EÖX-nin yenidən qurulmasından başlayacaq. Bütün xətlər və kabellər dəyişidiriləcək. Yeni ötürücü sxemlər hazırlanacaq. Rusiya istehsalçılarından yeni ölçü sistemi alınıb. Bu texnologiya avadanlığın işinə müdaxiləni qeyri-mümkün edir.