Ceyhan limanı yaxınlığında Bakı-Tiflis-Ceyhan boru kəmərindən neft oğurlamış 5 nəfərdən 2-si Türkiyə jandermeriyası tərəfindən yaxalanıb. Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, nefti benzindaşıyan maşına doldurmuş oğrular bazar günü səhər saat 05:00-da yaxalanıb. O da qeyd olunur ki, onlar yüksək təzyiqlə əlaqədar yalnız 2 ton neft oğurlaya bilib.
Digər 3 nəfərin axtarışı davam edir.