...

"Günəşli" yatağında yüksək debitli quyu istismara verilib

Energetika Materials 12 İyun 2006 14:26 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "28 May" NQÇİ yüksək debitli quyunun istismarına başlayıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Quyu "Bayıl limanı" Dəniz Kəşfiyyat-Qazma İdarəsi tərəfindən "Günəşli-8" platformasından qazılıb və NQÇİ-yə verilib.

Quyunun dərinliyi 2950 metrdir. Hazırda buradan sutkada 150 tonadək neft hasil edilir. Ancaq quyunun debitinin artacağı gözlənilir.

Yaxın vaxtlarda ARDNŞ-in daha 5-6 quyu istismara verəcəyi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti