...

ARDNŞ Gürcüstana neft tədarükü prosedurunu sabitləşdirib

Energetika Materials 10 İyul 2006 15:09 (UTC +04:00)

Heydər Əliyev adına NEZ-də katalitik riforminq qurğusu istismara verilib və maksimum gücü ilə işləyir. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

"Biz tələbata uyğun olaraq həftədə 3 dəfə Gürcüstana 1,5-2 min ton neft göndəririk" - deyə ARDŞ-dən qeyd ediblər. Benzin Gürcüstanın Saknaftobtransi dövlət şirkətilə 2006-cı ilin ikinci yarımil üçün imzalanmış müqaviləyə əsasən göndərilir.

Qurğunun emal gücü ildə 1 mln. ton təşkil edir. Burada yüksəkoktanlı benzinin komponentləri istehsal olunur.

Xəbər lenti

Xəbər lenti