...

Azərbaycan üçün qaz tədarükünün bərpası tarixi müəyyən edilib

Energetika Materials 26 İyul 2006 13:20 (UTC +04:00)

Üç gün ərzində "Makat-Şimali Qafqaz" və "Mozdok-Qazıməmməd" magistral qaz kəmərlərində plan-profilaktik və təmir işləri kompleksinin başa çatacağı, o cümlədən Azərbaycana qaz tədarükünün bərpa ediləcəyi gözlənilir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Dağıstan ərazisində işləri "Kaspiyqazprom" MMC həyata keçirir. Azərbaycandan başqa, Dağıstanın bir sıra şəhər və rayonlarına da qaz tədarükü dayandırılıb.

Yanvar-iyun aylarında "Qazeksport" Azərbaycana 2 mlrd 325,6 mln kub metr qaz tədarük edib. Bu göstərici ötən ilin 1-ci yarısında 2,6 mlrd kub metr təşkil edib.

2006-cı ilin iyununda tədarükün həcmi 325,6 mln kub metr olub. Ötən ilin iyununda isə Azərbaycana 367,1 mln kub metr qaz tədarük edilib.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1 min kub metri 110 dollara 4,5 mlrd kub metr qaz almağı planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti