...

"Azneftyağ" NEZ-in yeni direktoru təyin olunub

Energetika Materials 26 Avqust 2006 11:12 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin 25 avqust 2006-cı il tarixli əmri ilə Hacıyev Əkbər Hacı oğlu "Azneftyağ" NEZ-in yeni direktoru təyin olunub. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in məlumatında deyilir.

Bundan əvvəl həmin vəzifəni bu yaxınlardaAzərbaycanın sənaye və energetika nazirinin müavini təyin olunmuş Ramiz Mirzəyev icra edib.

Ə.Hacıyev 1972-ci ildə anadan olub. 1993-cü ildə Sankt-Peterburq İnşaat-Mühəndislər İnstitutunu bitirib. 2004-cü ildən ''Məişət Maye Qaz'' Açıq Tipli Səhmdar Cəmiyyətində əmək fəaliyyətinə başlayıb, 22 mart 2006-cı ildən ''Azərneftyağ'' neft emalı zavoduna direktor təyin edilən günədək həmin cəmiyyətin sədri vəzifəsində çalışıb.

Xəbər lenti

Xəbər lenti