...

Per Kristofer Stankina: Almaniyanın Wintershall şirkəti Azərbaycanla neft sahəsində əməkdaşlığı bərpa etmək niyyətindədir

Energetika Materials 30 Avqust 2006 16:00 (UTC +04:00)

Almaniyanın Wintershall şirkəti Azərbaycanla neft sahəsində əməkdaşlığı bərpa etmək niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə görüşündə Almaniyanın ölkəmizdəki səfiri Per Kristofer Stankina bildirib.

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl həmin şirkət Azərbaycanda fəaliyyət göstərib. Ancaq qazma işlərinin aparıldığı perspektiv strukturunda neft olmadığından şirkət öz fəaliyyətini dayandırıb. Hazırda şirkət rəhbərliyi fəaliyyətini bərpa etməyi planlaşdırır və artıq ARDNŞ rəhbərliyi ilə danışıqlara başlayıb.

Bundan əvvəl Wintershall Xəzərin Azərbaycan sektorunda "Lənkəran-Talış-Dəniz" perspektiv strukturunun işlənməsində iştirak edib və 30% iştirak payına malik olub. Layihənin operatoru isə Fransanın TOTAL şirkəti olub. Müqavilə 13 yanvar 1997-ci ildə imzalanıb. Layihə kommersiya baxımından cəlbedici olmayan karbohidrogen həcmlərinin aşkar edilməsi ilə əlaqədar bağlanıb.

Xəbər lenti

Xəbər lenti