...

Azərbaycan yanvar-avqust aylarında yüngül neft hasilatını xeyli artırıb

Energetika Materials 6 Sentyabr 2006 17:57 (UTC +04:00)

"Azəri"-"Çıraq"-"Günəşli" yataqlar blokunu mənimsəyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti 2006-cı ilin yanvar-avqust aylarında müqavilə sahəsində 14,188 mln ton Azeri Light növlü neft hasil edib ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 7,187 mln ton çoxdur. Hasilatın artması ötən ilin fevralında "Azəri" yatağının mərkəzi hissəsindən, 2006-cı ilin yanvarında isə "Azəri" yatağının qərb hissəsindən hasilata başlanması ilə izah olunur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, 2005-ci ilin yanvar-avqust aylarına olan 4 mln. 67 min tona qarşı 2006-cı ilin yanvar-avqust aylarında "Çıraq" yatağından 4,894 mln neft hasil edilib. 2005-ci ilin yanvar-avqust aylarına olan 2 mln 69 min tona qarşı 2006-cı ilin analoji dövründə "Azəri" yatağından (qərbi və mərkəzi hissə) 9,294 mln ton neft hasil edilib.

2005-ci ilin avqustuna olan 1 mln 305 min tona qarşı 2006-cı ilin avqustunda ABƏŞ-in ümumi neft hasilatı 2,175 mln ton təşkil edib. 2005-ci ilin avqustuna olan 600,75 min tona qarşı "Çıraq" yatağından 2006-cı ilin həmin dövründə 633,436 min ton neft hasil edilib. 2006-cı ilin avqustunda "Azəri" yatağından (qərbi və mərkəzi hissələr) 1,541 mln. ton neft hasil edilib. Bu göstərici 2005-ci ilin avqustunda 704,141 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti