...

Yanvar-avqust aylarında Azərbaycanda neft koksunun istehsalı xeyli azalıb

Energetika Materials 18 Sentyabr 2006 17:52 (UTC +04:00)

Avqust ayında Heydər Əliyev adına neft emalı zavodu (keçmiş "Azneftyanacaq") 1,51 min ton neft koksu istehsal edib. Bu, proqnozdan 8,99 min ton (-85,6%) azdır. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

Yanvar-avqust aylarında həmin neft məhsulunun istehsal həcmi 44,80 min ton təşkil edib, bu isə proqnozdan 22,40 min ton azdır. Ötən il müəssisədə neft koksu istehsal edilməyib.

Azərbaycanda istehsal edilən neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti