...

Azərbaycan Dövlət Neft Şirkətinində "Bureau veritas gözetim hizmetleri" şirkətinin nümayəndələri ilə görüş keçirilib

Energetika Materials 28 Sentyabr 2006 15:02 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində (MİƏİ) "Bureau veritas gözetim hizmetleri ltd" şirkətinin Türkiyə və Xəzər dənizi regionunun sənaye, keyfiyyət və ətraf mühit üzrə baş meneceri İnci Doqusan ilə görüş keçirilib. Bu barədə Trend MİƏİ-nin məlumatına istinadən xəbər verir.

Görüş zamanı idarənin ISO 9001:2000 beynəlxalq standartlarına uyğunlaşdırılması məsələləri və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər arasında Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və ARDNŞ-in digər bölmələri üçün təqdimat mərasimlərinin keçirilməsinə, işgüzar əməkdaşlığın davam etdirilməsinə və inkişafına dair razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti