...

Azərbaycan Dövlət Neft Şirkətində yeni idarələr yaradılıb

Energetika Materials 2 Oktyabr 2006 20:48 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətində üç yeni idarə - ekologiya, informasiya texnologiyaları və rabitə və qaz əməliyyatları idarəsi yaradılıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullyaev məlumat verib.

Ekologiya İdarəsinin yaradılması Dövlət Neft Şirkətinin fəaliyyətində bu istiqamətin prioritetliyindən xəbər verir. "Bu qurum ARDNŞ-in bütün ekoloji siyasətini həyata keçirəcək. Ekologiya sahəsində monitorinqdən tutmuş böyük layihələrin gersəkləşdirilməsi və onların həyata keçirilməsinədək bütün məsələlər onun vəzifələrinə daxildir", - deyə o bildirib.

İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ona görə zəruridir ki, ARDNŞ şirkətin ümumi informasiya texnologiyaları sistemini - mərkəzləşdirilmiş sistem yaratmaq niyyətindədir. Bu idarə şirkətin informasiya texnologiyaları sahəsində yürütdüyü siyasətlə məşğul olacaq.

Əvvəllər Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin nəzdində qaz departamenti fəaliyyət göstərirdi. Hazırda onun bazasında Qaz Əməliyyatları İdarəsi yaradılıb. İdarə ARDNŞ-in aldığı, satdığı və istehsal etdiyi, o cümlədən "Azəri-Çiraq-Günəşli", "Şahdəniz" yataqlarından hasil olunan, ARDNŞ-in öz qazı və Rusiyadan idxal olunan qaz məsələləri ilə məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti