BP neft şirkətinin Türkiyənin ondan qaz almasında problem yaranması ilə bağlı narahatlığına əsas yoxdur. Trend in məlumatına görə, bu barədə oktyabrın 11-də jurnalistlərlə söhbətində Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.
Səfir bildirib ki, BP şirkəti bununla bağlı məlumat yayıb və hətta əgər Türkiyə qazı almaqdan imtina edərsə, cərimələnəcəyini də istisna etməyib. Lakin T.Moralı bildirib ki, Türkiyə müqavilədə nəzərdə tutulmuş müddət çatanda qazı alacaq. "Əks halda isə BP-nin məhsuluna başqa ölkələrdə də tələbat böyükdür və Türkiyə olmasa da, Gürcüstan bu qazı ondan alacaq" - deyə T.Moralı bildirib.