...

Dövlət Neft Şirkəti Ceyhandan neft partiyasının satışı üçün tender elan edib

Energetika Materials 20 Oktyabr 2006 14:07 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Ceyhan limanından Bakı -Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gətirilmiş Azeri Light markalı neftin növbəti partiyasının göndərilməsi üçün tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib.

Partiyanın həcmi 1 mln. barel (və ya 80 min ton) təşkil edəcək. Yüklənmənin bu il noyabrın 24-26-da həyata keçiriləcəyi planlaşdırılır. Tender oktyabrın 26-da yekunlaşdırılacaq.

Oktyabrın 19-da AZERİ LT FOB Ceyhan neftinin qiyməti $57,45/barel təşkil edib (ötən həftəyə nisbətən $0,57/barel aşağı düşüb).

Ceyhandan aşağıdakı şirkətlər neft partiyaları alıblar:

Statoil - avqust (1 mln. barel);

Arcadia - sentyabr (600 min barel).

Xəbər lenti

Xəbər lenti