Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin Ceyhan limanından Bakı -Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gətirilmiş Azeri Light markalı neftin iki partiyasının göndərilməsi üçün tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib.
Partiyaların həcmi 1,2 mln. barel (və ya 164 min ton) təşkil edəcək. Yüklənmənin bu il noyabrın 15-də həyata keçiriləcəyi planlaşdırılır. Hər bir partiya 600 min barelə bərabər olacaq. Tender noyabrın 9-da yekunlaşdırılacaq.
Noyabrın 2-də AZERİ LT FOB Ceyhan neftinin qiyməti $56,38/barel təşkil edib (ötən həftəyə nisbətən $0,12/barel yüksəlib).
Ceyhandan aşağıdakı şirkətlər neft partiyaları alıblar:
Statoil - avqust (1 mln. barel);
Arcadia - sentyabr (600 min barel);
Select Energy GmbH - noyabr (1 mln. barel).