...

ARDNŞ-in "Azneft" İB-i yeni binaya köçürülüb

Energetika Materials 7 Noyabr 2006 19:32 (UTC +04:00)

ARDNŞ-in neft və qaz hasilatı üzrə "Azneft" İstehsalat Birliyi Bakı şəhəri Nərimanov rayonunda yerləşən "Neft" Elm-İstehsal Tədqiqat İnstitutunun binasına köçürülüb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Daha əvvəl İB ARDNŞ-in Neftçilər prospektindəki binasında yerləşib.

"Azneft" İB dənizdə və quruda neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi, neft və qazın hazırlanması, quyuların cari və əsaslı təmiri ilə məşğul olur. İB-nin tərkibində 65 müəssisə fəaliyyət göstərir. "Azenft" İB-yə Şahin İsmayılov rəhbərlik edir.

ARDNŞ-də cəmi 60 minədək işçi çalışır.

Xəbər lenti

Xəbər lenti