...

Ağır neft üzrə II konfrans Kanadada keçiriləcək

Energetika Materials 18 Noyabr 2006 15:02 (UTC +04:00)

Ağır neft hasilatı və emalı üzrə növbəti beynəlxalq konfrans iki ildən sonra Edmonton şəhərində (Kanada) keçiriləcək. Bu qərar Pekində keçirilmiş birinci konfransda qərara alınıb. Bu barədə Trend ə Salyan Oil şirkətindən məlumat verilib.

Oktyabrın 9-16-da Pekində keçirilmiş ağır neft hasilatı və emalı üzrə xüsusi beynəlxalq konfransda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və quruda yerləşən "Kürsəngi-Qarabağlı" yatağının işlənməsi ilə məşğul olan Salyan Oil şirkətinin nümayəndələri iştirak edib.

Bu cür konfrans dünyada ilk dəfədir ki, keçirilib. Konfransda ağır neft hasilatı və emalı da daxil olmaqla, ondan səmərəli istifadə məsələləri müzakirə olunub.

Bütövlükdə, görüşdə dünyanın 500-dən çox şirkəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti