...

Azərbaycanın 5 bölgəsində modul elektrik stansiyalarının inşası yanvarın ortalarında başa çatacaq

Energetika Materials 24 Noyabr 2006 16:21 (UTC +04:00)

Bu ayın sonunadək Xaçmaz rayonunda 87 MVt gücündə modul elektrik stansiyasının inşası başa çatacaq. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, dekabrın sonunda Naxçıvan MR-də analoji stansiyanın inşası başa çatacaq. Yanvarın ortalarında Bakıda 105 MVt gücündə modul tipli elektrik stansiyası istismara veriləcək.

Analoji tipli stansiyalarda olduğu kimi, bu elektrik stansiyasının tikintisi üzrə podratçı Finlandiyanın Wartsila şirkətidir.

Azərbaycan prezidentinin sərəncamına əsasən, "Azərenerji" SC-yə Bakıda, Naxçıvanda, Astara, Xaçmaz və Şəki rayonlarında 52 bu cür qurğunun inşası və istismara verilməsini təmin etmək tapşırılıb. 2006-cı ildə Bakı İEM-2 ərazisində 12, Naxçıvanda - 10, Xaçmaz və Şəkidə isə 10 belə elektrik stansiyası quraşdırılacaq. Bu stansiyalar "Azəriqaz" QSC-nin tədarük edəcəyi təbii qazla işləyəcək. Bu elektrik stansiyaları hər biri 8,7 MVt gücə malik enerji modullarından ibarətdir.

Bu elektrik stansiyalarının inşası Azərbaycanda elektrik enerjisinin istehsal həcmini 450-460 MVt artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti