...

"Azərikimya" DŞ xammal alınması ilə bağlı tender elan edib

Energetika Materials 13 Dekabr 2006 18:41 (UTC +04:00)

"Azərikimya" dövlət şirkəti (DŞ) müəssisələrinin tərkbinə daxil olan "Orqsintez" zavodu xammal alınması üçün tender elan edib. Müəssisəyə istinadən Trend bildirir ki, tender 82240 ton həcmində karbohidrat süxurları, 720 ton etilen oksid, 6 min ton maye xlor, 424 ton ammiak, 256 ton qliserin, 20 ton ionola və 610 ton liqnosulfonat alınması üçü elan edilib.

Hər lot üzrə tenederdə iştirakın dəyəri 200 manat təşkil edir.

Tenderdə marağı olanlar 2007-ci il 23 yanvara qədər sənədləri təqdim etməlidirlər

Sənədlərə daxildir: yazılı ərizə, iştirakçı-müəssisə və onun illik maliyyə vəziyyəti haqqında informasiya, bank təminatı, potensial imkanları barədə məlumatlar.

Təkliflər isə 30 yanvardan gec olmayaraq qəbul ediləcək. Tender proseduru yanvarın 31-də "Orqsintez" zavoduna keçiriləcək.

Xəbər lenti

Xəbər lenti