...

Etilen-polietilen zavodunda əsaslı təmir aparılıb

Energetika Materials 22 Dekabr 2006 15:06 (UTC +04:00)

"Azərikimya" Dövlət Şirkətinin Etilen-polietilen zavodunda əsaslı təmir aparılıb. Müəssisənin istehsalın inkişafı və texniki təchizat üzrə direktor müavini Samir Manafovun sözlərinə istinadən Trend xəbər verir ki, əsaslı təmir əsasən parogenerator kompleksində aparılıb. Təmir nəticəsində dioratordakı qüsurlar aradan qaldırılıb, bu qüsurlar verilən kondensatın səviyyəsinin tənzimlənməsində ciddi problemlər yaradırdı və texnoloji rejimin pozulmasına gətirib çıxara bilərdi, həmçinin yalnız müəssisənin yox, eləcə də "Orqsintez", "Sintezkauçuk" və "SAM" zavodlarında işin dayanmasına səbəb ola bilərdi.

İşlər həmçinin L-38 yarımstansiyasında aparılıb, burada 100 mVt-luq transformator təmir edilib və EP-300 istehsalı E-4 sexində təmir işləri görülüb. Burada da bir neçə kompressorla bağlı problem həll edilib. Təmir çərçivəsində həmçinin avadanlıqlar təmizlənib, etilen-polietilen zavodunu DŞ-nin bütün müəssisələri ilə birləşdirən su və buxar xətlərindəki bütün qüsurlar aradan qaldırılıb, EP -300 buxar və buxar-qaz xətlərində soyuq və isti blokların izolyasiyası aparılıb.

Aparılan təmir işlərinə baxmayaraq, ilkin hesablamalara görə istehsal həcminin artımı keçən illə müqayisədə dekabrın sonu üçün ən azı 25 faiz olacaq.

Xəbər lenti

Xəbər lenti