...

Azərbaycan Dövlət Neft Şirkəti və "Russneft" şirkəti prosedur mərhələlər keçirlər

Energetika Materials 27 Dekabr 2006 16:29 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Russneft" rus neft şirkəti Azərbaycanın quru yollu "Hövsan-Zığ" yatağında emal üçün imzalanmış PSA tipli müqavilə çərçivəsində müxtəlif prosedur mərhələlər keçirlər. Nəzərdə tutulan investisiyaların həcmi 150 mln dollar olaraq qalır.

"İşçi layihənin hazırlanmasından sonra həcm daha dəqiqləşə bilər"-deyə ARDNŞ-dən Trend ə xəbər veriblər.

Gələn ilin fevral-martında Bakıda "Russneft"in nümayəndəliyi açılacaq. Rusiya şirkəti bu ilin noyabrın əvvəlində ARDNŞ-lə Azərbaycanın "Hövsan"-"Zığ" yatağının quruyollu blokunda birgə emal barədə PSA tipli müqavilə imzalayıb. ARDNŞ-ın bu müqavilədə yeri 25% dir, "Rusneft"in isə 75 % iştirak payı var.

Müqaviləyə görə şirkət "Hövsan"-"Zığ"da neft hasilatı həcmini 2 ilə 1,5 dəfə artırmalı olacaq.

ARDNŞ-in təmsilçilərinin sözlərinə görə, Azrabycan tərəfi imzalanmış müqavilənin yaz sessiyasında Azərbaycan parlamentində təsdiqinə hazırlaşır.

"Zığ" yatağında müqavilə sahəsi 65km2-dırhasil olunan neftin qalıq ehtiyatları 12 mln. tondur. Yataq 1935-ci ildə kəşf olunub. Sahədə 234 quyu var ki, onların 168-i müxtəlif vaxtlarda istismarda olub. Hazırda yataqdan neft 10 quyudan hasil olunur və sutkada 25 ton neft və 20 min m3 qaz təşkil edir. Hasil olunan su təbəqəsi sutkada 470 m3 təşkil edir.

"Hövsanı" yatağı 1948-ci ildə aşkar olunub. Hazırda neft hasilatı sutkada 260 ton, 90 min m3 qaz təşkil edib. hasilat 19 quyuda aparılır.

"Russneft" ASC NŞ 2002-ci ilin sentyabrında yaradılıb. Bu gün şirkətin illik neft hasilatı 17 mln. tonndan çoxdur, hasil olunan ehtiyatlar 630 mln tondan çoxdur. "Russneft"in balansında hasil olunan 30 aktiv,3 neft emalı zavodu, 1 nəqliyyat müəssisəsi və 300 yanacaq doldurma məntəqəsi var.

Xəbər lenti

Xəbər lenti