...

MakDermott Kaspian Kontarktorz dalğıcları Azərbaycanda ilk dəfə beynəlxalq kvalifikasiya alıb

Energetika Materials 19 Fevral 2007 15:13 (UTC +04:00)

Şirkətin Trend ə verdiyi məlumatına əsaəsn, MakDermott Kaspian Kontraktorz, İnk. (MakDermott) şirkətinin işçiləri xaricdə xüsusi təlim kurslarını başa çatdırdıqdan sonra dərin dalğıc işləri üzrə mötəbər beynəlxalq kvalifikasiya əldə etmiş ilk Azərbaycanlı dalğıclar olub. Bu təlim kursları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən ayrəlmış vəsait hesabına MakDermott tərəfindən təşkil edilib. Bu dörd dalğıc "Akademik Tofiq İsmayılov" Dalğıc Gəmisinin (DG) 2005-ci ilin may ayında Azəri-Çıraq-Günəşli (AÇG) yatağında istismara başladığı vaxtdan etibarən həmin gəmidə MakDermottun dalğıc komandasında çalışır.

"Bu işçilər STTƏMM üzrə həm dayaz, həm də dərin dalma işləri sahəsində tam beynəlxalq kvalifikasiya almış ilk Azərbaycan vətəndaşlarıdır", deyə Xəzər regionundakı əməliyyatlar üzrə baş menecer və vitse-prezident Den Hauzer söyləyib: "İstər bizim, istərsə də ABƏŞ-in milli kadrların inteqrasiyası və hazırlanması öhdəliyinə sadiqliyimizin bariz təzahürü olaraq dörd azərbaycanlı dalğıc vətəndaşı ixtisasartırma kursları keçmək məqsədilə Birləşmiş Krallığa göndərilmişdi. Müasir dalma texnologiyasının daha gənc və yüksək səriştəli dalğıclara ehtiyacı var və bu səbəbdən də belə təşəbbüsün uğurlu nəticəsinin şahidi olduğumuza görə böyük sevinc hissi keçiririk. Hal-hazırda bu dalğıclar DG-dəki dalğıc komandasının tam hüquqlu üzvləridir və DG-nin 2007-ci ildə başlayan ABƏŞ və ARDNŞ boru kəmərləri layihələri üzrə həyata keçirəcəyi əməliyyatlarda fəal iştirak edəcəklər".

Xəbər lenti

Xəbər lenti