...

Azərbaycan neftinin qiyməti:19-23 fevral həftəsinin yekunu

Energetika Materials 26 Fevral 2007 16:03 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/19-23 fevral həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neft növünun qiyməti $ 59,12/barr təşkil edib. Bu göstərici ötən həftənin orta qiymətindən $1,79/barr və ya 3,1 faiz çoxdur.

19-23 fevral həftəsində AZERI LT neft növünün maksimal qiyməti $61,27/barr, minimal qiyməti isə $57,27/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

19-23 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neft növünün orta qiyməti $52,05/barr təşkil edib. Bu göstərici ötən həftənin orta qiymətindən $2,07/barr və ya 4,1 faiz çoxdur.

19-23 fevral həftəsində URAL neft növünün maksimal qiyməti $53,60/barr, minimal qiyməti isə $50,16/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Bu neft növünün spesifikasiyası satış zamanı müxtəlif vaxtlarda onun tərkibində dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

19-23 fevral həftəsində Brent Dated neft növünün qiyməti $57,94/barr təşkil edib. Bu göstərici ötən həftənin orta qiymətindən $2,27/barr və ya 4 faiz çoxdur. Ötən həftə Brent neft növünün maksimal qiyməti $59,92/barr, minimal qiyməti isə $55,99/barr təşkil edib.

Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti