...

Azərbaycanın Dövlət Neft Şirkəti Ceyhandan növbəti neft partiyasının satış tenderini elan edib

Energetika Materials 9 Mart 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakl/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti Bakı-Tiflis-Ceyhan neft kəməri ilə Ceyhan limanına çatdırılan "Azeri light" markalı neftin növbəti satış tenderini elan edib. Bu barədə məlumatı Neft Şirkətindən veriblər.

Bu dəfə satılması nəzərdə tutulan neft partiyasının həcmi 1 mln. barel (yaxud 135 min ton) təşkil edir. Neftin yüklənməsi 8-10 aprel tarixlərinə planlaşdırılıb. Tenderin nəticələri isə martın 15-də açıqlanacaq.

Martın 8-də Ceyhanda AZERI LT FOB markalı benzinin qiyməti $61,61/bar (əvvəlki qiymətdən $0,30/bar ucuz) olub.

Ceyhan limanından ARDNŞ-dən 2007-ci il ərzində aşağıdaklı şirkətlər neft alıblar:

Glencore Energy UK Ltd - yanvar (1 mln. barel);

VİLMA OİL S.L - yanvar - fevral (1 mln. barel);

Select Energy GmbH - fevral (600 min. barel);

Select Energy GmbH - fevral-mart (1 mln. barel).

Glencore Energy UK Ltd - mart (1 mln. barel).

Addax BV- mart (1 mln. barel).

Xəbər lenti

Xəbər lenti