...

BP Azərbaycanın "Şahdəniz" yatağında hasilatı sabitləşdirib

Energetika Materials 13 Mart 2007 17:22 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın Xəzərdəki "Şahdəniz" qaz kondensant yatağında qaz hasilatı tamamilə sabitləşidirilib. Hazırda quyudan sutkada təxminən 48 min barrel neft ekvivalenti - 5,6 milyon kub metr qaz və 15 min barrel kondensant hasil olunur. Bu barədə bu gün BP Azerbaijan şirkətindən məlumat verilib.

Şirkətin məlumatına əsasən, yataqda növbəti quyunun işə salınması aprelin sonu - mayın əvvəlində nəzərdə tutulub. Şirkət qaz sızması nəticəsində fəaliyyəti dayanmış birinci qabaqlayıcı quyuda təmir işlərini davam etdirir.

"Şahdəniz" layihəsinin işlənməsinin "Mərhələ-1" çərçivəsində ildə plato mərhələsində 8,6 mlrd. kub metr qaz əldə olunacaq. 2007-ci ildə "Şahdəniz"dən 2,8 mlrd. kub metr qaz əldə olunacaq.

Xəbər lenti

Xəbər lenti