...

EİTİ təşəbbüsü Almatıda müzakirə olunacaq

Energetika Materials 19 Mart 2007 18:18 (UTC +04:00)
EİTİ təşəbbüsü Almatıda müzakirə olunacaq

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycan, Gürcüstan, Qırğızıstan Qazaxıstan, Monqolustan və Rusiyanın hasilat sənayesində şəffaflıq təşəbbüsü (EİTİ) 26-27 martda Almatıda iştirakçı ölkələrin qeyri-hökumət təşkilatlarının regional konfransında müzakirə olunacaq. Bu barədə bazar ertəsi İctimai Maliyyə Monitorinqi Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov məlumat verib.

6 iştirakçı ölkənin hasilat sənayesində şəffaflığın təmin olunması təşəbbüsü üzrə ilk konfrans 2006-cı ildə Tiflisdə keçirilmiş və növbəti konfransın Almatıda keçirilməsi barədə qərar qəbul olunmuşdu.

Koalisiyanın məqsədi hasilat sənayesində şəffaflığın təmin olunması yolunda fəal dialoq və təcrübə mübadiləsidir.

Əhmədovun sözlərinə görə, yuxarıda sadalanan ölkələr bu təşəbbüsün tətbiqinin müxtəlif pillələrindədirlər. Azərbaycan bu prosesdə lider mövqe tutur. Rusiyada bu layihə dövlət səviyyəsində dəstəklənmir, digər ölkələrdə isə tədricən yayılır.

"Azərbaycan hələ 2003-cü ildə Böyük Britaniyanın baş naziri Toni Bleyer hasilat sənayesində şəffaflıq təşəbbüsünü irəli sürərkən könüllü olaraq bu təşəbbüsdə iştirak etmək istədiyini bildirib", - deyə Əhmədov qeyd edib.

Azərbaycanı Almatı konfransında İnqilab Əhmədov və Soros Fondunun nümayəndəsi Mehriban Vəzir təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti