Azərbaycan, Bakı/ Trend / Trend analitik mərkəzinin eksperti Ellada Xankişiyeva hesab edir ki, Azərbaycan hökumətinin Azərkimya DŞ üçün birbaşa qovulmuş benzinə görə aksiz faizlərini, elektrik və qazın qiymətlərini azaltması kimya müəssisələrində istehsalın yenilənməsi hesabına ÜDM-in və əhalinin məşğulluğunun artımına gətirib çıxaracaq.
Bundan sonra Azərkimya müəssisəsində emal olunmaq üçün tədarük olunan birbaşa qovulmuş benzin üçün 19 faizlə deyil, 8 faizlə vergi qoyulacaq. ARDNŞ tərəfindən Azərkimyaya verilən bir ton naftanın qiyməti 210 manat təşkil edir.
Kimya müəssisəsi naftanı ARDNŞ-in tərkibinə daxil olan "Azərneftyanacaq" NEZ-dən alır. İllik Azərkimya DŞ müəssisələrinə 300 min ton birbaşa qovulmuş benzin tələb olunur.
DŞ-yə verilən nafta, qaz və elektrikin qiymətinin azaldlması birinci rübün ortalarında istehsalı dayandırılmış kimya məhsullarının yenidən istehsalına gətirib çıxardı. EP-300 zavodunda işlərə başlanılıb, digər müəssisələrdə isə istehsal bu həftədən etibarən başlayacaq.
Əni iri Azərkimya müəssisələri Ep-300, "Sintezkauçuk", "Orqsintez", yüksək fəallaşdırılmış maddələr zavodlarıdır. Müəssisələrdə 10 min nəfərdən çox insan çalışır.
"Hökumətdən tərəfindən Azərkimyaya yardım lazımi addım idi. Bu, dövlət şirkətidir və başqa heç haradan yardım gözləmir",-deyə Xankişiyeva bildirib.
Hökumət institutsional strukturda islahatların aparılması, sənayenin güzəştli şərtlərlə inkişafını əhatə edən 2007-2012-ci illər Dövlət Proqramını hazırlayıb.
"Nəzərə alsaq ki, sovet dövründə Azərbaycanda bu sahə inkişafına görə lider mövqe tuturdu, bu proqramda da kimya sənayesi müəssisələrinin rolu böyükdür",-deyə Xankişiyeva söyləyib.
1990-cı ildə Azərbaycanda 58 adda kimya məhsulu istehsal olunurdusa, hazırda bu 7-8-dir. 2006-cı ildə kimya sahəsində istehsal olunan məhsul ümumilikdə sənaye istehsalının 1,6 faizini təşkil edib.
Kimya sənayesi bir neçə sahəni - müdafiə sənayesini, tikinti, kənd təsərrüfatı, dərmən preparatlarının istehsalını xammalla təmin edir.
"Amma kimya sənayesinin inkişafında hökumətin rolu yalnız bununla məhdudlaşmamalıdır. Məsələn "Azərbaycan İnvestisiya Şirkəti" xarici və yerli investorları bu işə cəlb etməklə inkişaf, texniki təchizat və kimya istehsalının modernləşdirilməsinə, kadrların təkmilləşdirilməsinə və dərəcələrinin artırılmasına yardım edə bilər",-deyə ekspert hesab edir.
Onun sözlərinə görə, bu sahədə marketinq araşdırmaları aparmaq lazımdır.