...

Sumqayıtdakı buxar-qaz qurğusu ilin sonuna qədər istismara veriləcək

Energetika Materials 12 Aprel 2007 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / İlin sonuna qədər Sumqayıtdakı elektrik stansiyasında 517 MVt-lıq yeni buxar-qaz qurğusunun inşası başa çatacaq. Bu barədə "Azərenerji"dən məlumat veriblər. Hazırda tikintidə buxar-su borularının səthinin örtülməsi, qaz-tənzimləyici qurğunun quraşdırılması və digər işlər aparılır.

Buxar-qaz qurğusunun inşası layihəsinin ümumi dəyəri 257 milyon avro həcmində dəyərləndirilir. Layihənin maliyyələşdirilməsi ilə bağlı müqavilə "Bayern LB bank" (Almaniya), "Societe de General" (Fransa) və "BNP Paribas" (Fransa) ilə imzalanıb. Layihə çərçivəsində həmçinin 107 kilometr uzunluğu olan yüksək gərginlikli elektrik xətlərinin inşası planlaşdırılıb. Eyni zamanda qazın elektrik stansiyasına ötürülməsi üçün müvafiq boru kəməri tikiləcək. Bu kəmərinin inşasının ümümi dəyəri 30 milyon avroya bərabərdir.

Xəbər lenti

Xəbər lenti