Azərbaycan, Bakı/ Trend / "Azərenerji" SC SCADA müasir dispetçer idarəetmə sisteminin yaradılması layihəsinin birinci mərhələsini başa çatdırır. Bu barədə çərşənbə günü SC-nin mətbuat xidmətindən bildirilib. Layihənin bu mərhələsi Almaniyanın KfW bankının ayırdığı 2,5 mln. avro vəsait hesabına "Simens" şirkəti tərəfindən yerinə yetirilib.
İki idarəetmə və iki arxiv şəbəkə əsasında işləyən sistem bütün 110-500 kilovatlıq yarımstansiyalardan, eləcə də enerji sisteminin elektrik stansiyalarından daimi məlumatlar alır. Sistemin yaradılmasında da əsas məqsəd enerji sisteminin bütün stansiya və yarımstansiyalarla əlaqəsini qurmaqdır.
Dispetçerlər enerji obyektlərində baş verən bütün fiziki prosesləri idarə etmək imkanı qazanırlar. Bütün dəyişiklikləri, gərginliyi, tezlikləri idarə edə bilirlər.
Hazırda SC layihənin ikinci mərhələsinin həyata keçirilməsinə hazırlaşır. İkinci mərhələnin 2007-ci ildə Dünya Bankının (DB) vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılır. Bu mərhələnin qiyməti isə 55 mln. dollar müəyyən olunub ki, bunun da 47 mln. dollarını DB, 8 mln. dollarını isə Azərbaycan tərəfi ayıracaq. Burada isə bütün rayonların sistemə daxil olunması nəzərdə tutulur.
Hazırda SC lahyihənin ikinci mərhələsi üçün tender təkliflərinin seçimini aparır. ənin ikinci mərhələsi üçün tender təkliflərinin seçimini aparır.