...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 30 Aprel 2007 15:30 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend müxbir V.Şərifov/ AZERI LT FOB Ceyhan neftinin qiyməti aprelin 27-də $66,88/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $0,42/barel azdır.

AZERI LT CIF Augusta neftinin qiyməti aprelin 27-də $67,90/barel təşkil edib, bu da əvvəlki qiymətdən $0,46/barel azdır.

Azeri Light növlü neft işlənmə operatoru BP olan Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,8 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,15%-dir.

URAL (EX-NOVO) neftinin qiyməti aprelin 27-də $61,08/barel təşkil edib, bu da əvvəlki qiymətdən $0,48/barel azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Azeri Light növü daxil olmaqla, keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır. URAL neftinin sıxlığı APİ üzrə 30,4-31,85 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,8%-dir.

Aprelin 27-də Brent Dated neftinin qiyməti $67,07/barel təşkil edib, bu da əvvəlki qiymətdən $0,53/barel azdır.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti