...

"Azərenerji"nin yeni transformatoru Azərbaycanın bir neçə rayonunun enerji təchizatını yaxşılaşdırmağa kömək edəcək

Energetika Materials 30 Aprel 2007 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenerji" Səhmdar Cəmiyyəti "Ağcabədi" yarımstansiyasında 280 MVA gücündə yeni transformator quraşdırır. "Azərenerji"dən verilən məlumata görə, bu işlərin iki ay ərzində yekunlaşacağı gözlənilir.

Yeni transofrmatorun işə düşməsindən sonra sistemdəki çatışmazlıqlar aradan qaldırılacaq, habelə Beyləqan, Ağcabədi, Bərdə və Ağdam rayonlarının enerji təchizatı yaxşılaşdırılacaq.

"Ağcabədi" yarımstansiyası 330 kilovoltluq VI Mingəçevir və 330 kilovoltluq III İmişli elektrik xətlərindən güc alır. İstismar olunan yeddi 110 kilovoltluq elektrik xətti Ağcabədi, Bərdə və Ağdam rayonlarını elektrik enerjisi ilə təmin edir. Gələcəkdə bu rayonlara Beyləqan rayonu da qoşulacaq.

"Ağcabədi" yarımstansiyası 2003-cü ildən fəaliyyət göstərir. Burada Almaniyanın "Siemens" şirkətinin istehsalı olan 280 MVA gücündə bir transformator quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti