...

Belarus şirkətləri Azərbaycanda quruda neft hasilatında iştirak etmək niyyətindədir

Energetika Materials 3 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycan neftinin Belarusda emal imkanları və "Belarusneft" istehsalat birliyinin Azərbaycanın quru yataqlarının işlənməsində iştirak perspektivləri bu gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Belarusun Dövlət Neft-Kimya Konserninin rəhbər müavini Vladimir Volkov və "Belarusneft" İB-nin baş direktoru Aleksand Lyaxovla görüşü zamanı müzakirə olunub.

Belarus neft müəssisələrinin nümayəndələrinin qeyd etdiyi kimi, bu ölkənin şirkətləri Azərbaycanda karbohidratların işlənməsində iştirak etməkdə maraqlıdır.

ADNŞ prezidentinin sözlərinə görə, Azərbaycan bu şirkətlərin təklifləri qarşılıqlı sərfəli olacaqsa, onlarla əməkdaşlıq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti