Azərbaycan, Bakı / Trend / "Azərkimya" DK 2007-ci ildə "Sintezkauçuk" zavodu üçün kükürd turşusu və katalizatorların alınmasına dair iki tender elan edib. Bu barədə "Azərkimya"dan verilən məlumatda bildirilir.
Birinci tender tərkibində 92-94 faizlik monohidrat və 0,006 faiz dəmir olan 11 min ton kükürd turşusunun alınmasını nəzərdə tutur. Həmin tenderdə iştirak etmək istəyənlər sənədlərini iyunun 13-dək, tender təkliflərini isə iyunun 14-dək təqdim etməlidirlər. Tender iyunun 18-də zavodda keçiriləcək. İştirakın qiyməti 200 manatdır.
Digər tender isə 1,5 ton həcmdə katalizatorların alınmasını nəzərdə tutur. Təkliflər iyunun 19-dək qəbul olunur. Prosedurun özü isə iyunun 20-də keçiriləcək. Tenderdə iştirakın qiyməti 200 manatdır.