...

"Şimal" elektrik stansiyasında qaz isidici avadanlıq quraşdırılacaq

Energetika Materials 8 May 2007 16:34 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend /Mayın ortasında "Şimal" elektrik stansiyasının buxar-qaz avadanlığının demontajı və təmirini aparmaq üçün Yaponiyanın Mitsubishi şirkətinin nümayəndələri Bakıya gələcək. Bu barədə çərşənbə axşamı "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Bu buxar-qaz avadanlığı Mitsubishi şirkəti tərəfindən tikilib və 2002-ci ildən etibarən istismar edilir.

Qış mövsümündə buxar-qaz avadanlığının kompressorlarında donma halları müşahidə olunub. Mayın sonuna qədər təmir zamanı stansiyada İtaliyadan alınmış qaz isidici avadanlıq quraşdıralacaq.

Təmir işlərində həmçinin "Azərenerjitikinti" MMC-nin nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti