Azərbaycan,Bakı/ Trend /Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) "PricewaterhouseCoopers" şirkəti ilə ADNŞ-in mühasib uçotunun beynəlxalq standartlarına keçid çərçivəsində yeni müqavilə imzalayıb. Bu barədə bazar ertəsi ADNŞ-dən məlumat verilib.
Şirkət məsləhət xidmətləri göstərəcək. Bu xidmətlər çərçivəsində müvafiq proqram təminatları hazırlanaraq tətbiq olunacaq.
Müqavilə lazımi metodologiyanın hazırlanması, əməkdaşlar üçün kursların keçirilməsi, mühasibat uçotunun beynəlxalq standartlarına müvafiq olaraq möhkəmləndirilmiş maliyyə hesabatının hazırlanmasını nəzərdə tutur.
Bu tədbirlərin yekununa əsasən, ADNŞ və onun strukturuna daxil olan idarə və müəssisələr 1 yanvar 2008-ci il tarixindən tamamilə muhasibat uçotunun beynəlxalq standartlarına keçəcək.
ADNŞ muhasib uçotunun beynəlxalq standartlarına keçid üzrə işləri davam etdirir, ADNŞ mütəxəssisləri uçotun 11 standartınının Azərbaycan dilinə tərcümələrini hazırlayıb və Maliyyə Nazirliyinə təqdim edib.
ADNŞ mütəxəssisləri iri yerli və xarici şirkətlərdə təlim kursları keçib. Bundan başqa, "PricewaterhouseCoopers" şirkəti ilə müqaviləyə əsasən, muhasibat uçotunun beynəlxalq standartlarına keçidlə əlaqədar uçot sisteminin təhlili aparılıb, uçot siyasəti, uçot siyasətinə uyğun işçi hesablarının planları hazırlanıb və bunun əsasında hesablama registri yaradılıb.