...

Azərbaycan Dövlət Neft Şirkəti "Günəşli" yatağında rekord həddə qaz hasilatına nail olub

Energetika Materials 30 May 2007 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Günəşli" dəniz yatağında sutkalıq neft hasilatının rekord həddinə çatıb. Hazırda yataqda sutka ərzində 11 mln. kubmetr qaz hasil olunur. Ötən il isə bu rəqəm sutkada 6,9 mln. kubmetrə bərabər idi. Bu barədə məlumatı ARDNŞ-dən veriblər.

Bu, şirkətin yeni qaz proqramının həyata keçirilməsi hesabına baş tutub. Bu proqram çərçivəsində ARDNŞ 10 neft quyusunu yüksək məhsuldarlığı olan qaz quyusuna çevirib.

Bundan əlavə, 7 yüksək debitli quyu qazılıb. Bu 17 quyunun hər biri sutkalıq 200-450 min kubmetr qaz vermək qabiliyyətinə malikdir. Hazırda "Günəşli" yatağında qaz quyularının sayı 31-dir. Ötən ilin may ayında onların ümumi sayı 14 idi. 2 il müddətində isə yataqda sutkalıq debiti 250-300 min kubmetr olan 23 yeni qaz quyusu qazmaq planlaşdırılır.

Hazırda ARDNŞ yataqda "Günəşli- 8" platformasından yeni quyu qazılmasını başa çatdırıb. 2250 metr dərinliyində qazılmış quyu artıq yüksəktəzyiqli qaz kəməri ilə birləşdirilib. Quyunun sutkalıq qaz vermək qabiliyyəti 250 min kubmetrə bərabərdir. Bu, "Günəşli- 8" platformasından qazılmış 4-cü quyudur. Ümumilikdə isə bu quyuların sutkalkıq debiti 1,2 mln. kubmetrdir.

Xəbər lenti

Xəbər lenti