...

İyunun 5-də Bakıda "Xəzər neft, qaz" beynəlxalq sərgisi işinə başlayır

Energetika Materials 4 İyun 2007 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.Əliyev/ Çərşənbə axşamı Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyi və ADNŞ-in dəstəyi ilə Britaniyanın "ITE Group Pls" sərgi şirkəti tərəfindən keçirilən 14-cü beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neftkimyası" sərgisi işinə başlayır. Bu barədə bazar ertəsi "Iteca Caspian" şirkətindən məlumat verilib.

Bu il sərgidə 32 ölkədən 360 şirkət iştirak edəcək. Keçən illə müqayisədə ekspozisiyanın sahəsi 5 faiz artırılıb.

Şirkətlərin ümumi sayından 30 faizi sərgidə ilk dəfə olaraq iştirak edəcək. Bu il Azərbaycan şirkətlərinin iştirakı ümumi sahənin 25 faizini təşkil edir, bunların da ? -i sərgidə ilk dəfə olaraq iştirak edəcək. Sərgi iyunun 8-dək davam edəcək.

Sərgi çərçivəsində 6-7 iyun tarixində "Xəzər dənizində neft-qaz əməliyyatlarının strateji inkişafında Azərbaycanın rolu" mövzusunda konfrans keçiriləcək. Burada 30 ölkənin sənaye və energetika, ekologiya və təbii resurslar nazirliklərinin rəhbər və nümayəndələri iştirak edəcək. İştirakçılar arasında Norveçin neft və energetika nazirinin müavini Anita Atses, Türkiyənin energetika və təbii resurslar nazirinin müavini Yusuf Yazar, Almaniyanın iqtisadiyyat və texnologiyalar nazirinin müavini Xartmurt Şnayder var.

Xəbər lenti

Xəbər lenti