...

Azərbaycanla İran türkmən qazının nəqli ilə bağlı razılığa gələ bilməyiblər

Energetika Materials 7 İyun 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Azərbaycanla İran türkmən qazının nəqli ilə bağlı razılığa gələ bilməyiblər. ARDNŞ-in yüksək çinli məmurunun cümə axşamı verdiyi məlumata görə, türkmən qazının İran ərazisi ilə Azərbaycandan Avropaya nəqlinə dair danışıqlar nəticəsiz başa çatıb.

"Danışıqlar altı ay davam edib. Lakin İran tərəfi öz ərazisi ilə qazın tranzitinə razılıq vermədi" - deyə ARDNŞ nümayəndəsi bildirib. Onun sözlərinə görə, İran sadəcə türkmən qazını alıb satmaq niyyətini ortaya qoyub.

Azərbaycanla İran arasında Hacıqabul-Astara-Bind-Biand boru kəməri mövcuddur.

Xəbər lenti

Xəbər lenti