Azərbaycan, Bakı / Trend / ARDNŞ-dan verilən məlumata görə, Rumıniyada Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndəliyinin rəsmi açılış mərasimi keçirilib. Mərasimdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
ARDNŞ prezidenti Rumıniyanın enerji siyasəti üzrə dövlət katibi Darius Meşko ilə görüş keçirib və görüş zamanı enerji əməkdaşlığı məsələləri müzakirə olunub.
Abdullayev Rumıniyanın "Petrom" neft şirkəti və "Petrom-OMW" neft emalı zavodunun rəhbərliyi ilə də görüş keçirib. Görüşdə ARDNŞ və "Petrom" arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.