...

Azərbaycan İrana elektrik enerjisi borclarının qaytarılmasına başlayıb

Energetika Materials 17 İyul 2007 15:35 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Çərşənbə axşamı "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əskərovun verdiyi məlumata görə, Azərbaycan İran qarşısında olan enerji borclarının qaytarılmasına başlayıb.

Azərbaycanın İrandan aldığı elektrik enerjisi üzrə borcları təxminən 400 mln. kVt/saat təşkil edir.

İrandan alınan enerji hesabına Naxçıvan Muxtar Respublikası elektrik enerjisi ilə təmin olunur və respublikaya hazırda 10-15 mln. kV/saat enerji çatdırılır. Azərbaycan elektrik enerjisini İrandan qış fəslində enerji çatışmazlığı zamanı alır və yay fəslində İranda enerji çatışmazlığı müşahidə olunan zaman geri qaytarır.

Xəbər lenti

Xəbər lenti