...

ARDNŞ dəniz yatağında yeni kəşfiyyat quyusunun qazılmasına başlayacaq

Energetika Materials 18 Avqust 2007 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Dövlət Neft Şirkəti yaxın zamanlarda "Qərbi Abşeron" yatağının cənub hissəsində yeni kəşfiyyat yatağının qazılmasına başlaya bilər. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.

Öncə bu qurğudan dərinliyi 770 metr təşkil edən bir kəşfiyyat quyusu qazılıb. Dövlət Neft Şirkəti yatağın bu hissəsinin genişləndirilməsi proqramını həyata keçirmək niyyətindədir.

Birinci platforma üç yeni qazılmış quyuya qoşulmaq üçün quraşdırılacaq. Onlar qazılaraq müvəqqəti olaraq saxlanılıb. Sutkalıq qaz hasilatı təqribən 250 min kubmetr təşkil edəcək.

Bu hasilatın yeni - qazlift üsuluna keçməyə, həmçinin məişət ehtiyacları üçün qaz verməyə imkan yaradacaq.

Kəşfiyyat quyusu qazıldıqdan sonra aparılan qiymətləndirməyə görə, bu yataqdakı ehtiyatların 10 mln. tondan çox olduğu güman olunur. Daha öncə bu rəqəm 5 mln. güman edilirdi.

Xəbər lenti

Xəbər lenti