Azərbaycan, Bakı / Trend / "Azərkimya" Dövlət Konserni 2007-ci ildə "Etilen-polietilen" zavodu üçün istehsal yağının alınması ilə bağlı açıq tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat yer alıb. Tender bir lot üzrə keçiriləcək.
Namizədlər müvafiq sənədləri (son il üzrə maliyyə durumu barədə bank arayışı, potensial imkanlar haqda məlumat) sentyabrın 20-dək təqdim etməlidir. Tenderdə iştirakın qiyməti 200 manatdır.
Tender sentyabrın 21-də saat 11.00-də keçiriləcək.