...

VTB (Azərbaycan) internat məktəbinin şagirdlərini təbrik edib (FOTO)

Maliyyə Materials 27 Dekabr 2018 17:19 (UTC +04:00)
Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə xeyriyyə konserti keçirilib.
VTB (Azərbaycan) internat məktəbinin şagirdlərini təbrik edib (FOTO)

Bakı. Trend:

Bank VTB-nin (Azərbaycan) dəstəyi ilə 5 saylı xüsusi internat məktəbinin şagirdləri üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xeyriyyə konserti keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbir R.Behbudov adına mahnı teatrında təşkil olunub.

Bayram tədbirində uşaqlar üçün məşhur artistlər, eləcə də internat-məktəbin şagirdləri çıxış edib.

“Korporativ sosial məsuliyyət – VTB-nin (Azərbaycan) fəaliyyətinin ayrılmaz bir hissəsidir. Bank əhali üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır. Bura “Ümid Yeri” uşaq sığınacağına və uşaq idman dərnəyinə dəstək, veteranlara göstərilən qayğı, Rus mədəniyyəti mərkəzinin kompüter sinfi, eləcə də video avadanlıqla təchiz olunması kimi layihələr daxildir. Bugünkü tədbir gözəl ənənənin davamıdır, və uşaqların xoşbəxt üzlərini görmək bizim üçün çox xoşdur. Onlar bu konsertdən zövq aldılar” – deyə, bank VTB-nin (Azərbaycan) Reklam, marketinq və xüsusi layihələr şöbəsinin müdiri Nigar Kərimova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti